Məni Tanıyın

Mən psixoloq Təranə Abdullayevayam. Psixologiya sahəsində təhsilimi bakalavr, magistr və doktorantura səviyyəsində almışam və uzun illərdir həm praktik, həm də akademik mühitdə fəaliyyət göstərirəm. 22 yaşımdan etibarən psixoloji sahədə çalışıram. Uşaqlarla, ailələrlə və böyüklərlə işləyərək real həyatın içində formalaşmış praktik təcrübəm var. Hal-hazırda fərdi və ailəvi psixoloji seanslar keçirir, eyni zamanda universitetdə psixologiyanın müxtəlif sahələri üzrə dərs deyirəm. İşimdə əsas məqsədim insanı “düzəltmək” yox, onu özünü anlamağa, düşüncələrini və emosiyalarını tənzimləməyə kömək etməkdir. Elmi biliklərlə yanaşı, insan münasibətinə, təhlükəsiz və anlayan terapevtik əlaqəyə çox önəm verirəm.

  • Əsas Akademik Təhsil
    Bakalavr təhsili:
    Psixologiya (Gəncə Dövlət Universiteti)
    Magistr təhsili:
    Psixologiya – Pedaqiji Psixologiya ixtisaslaşması
    Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU)
    Doktorantura:
    Psixologiya – Ümumi Psixologiya ixtisaslaşması
    Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU)
    Hal-hazırda ADPU-nun Ümumi Psixologiya kafedrasında psixologiyanın müxtəlif sahələri üzrə tədris fəaliyyəti aparıram.
  • Peşəkar Təcrübə:
    Psixoloji fəaliyyətə 22 yaşımdan başlamışam
    Uşaq bağçaları və məktəbəqədər hazırlıq qruplarında psixoloq kimi çalışmışam
    Məktəbəqədər yaş dövrü uşaqları ilə uzunmüddətli praktik təcrübə toplamışam
    Klinik sahədə ilkin mərhələdə özəl klinikada resepsiya və təşkilati işlərdə çalışaraq sistemin daxili mexanizmlərini öyrənmişəm
    Sonrakı mərhələdə psixoloji mərkəzlərdə aktiv praktik fəaliyyətə başlamışam
  • Beynəlxalq və Yerli Sertifikatlar
  • Ailə Danışmanlığı Təhsili İzmir Katip Çelebi Universiteti – SEM
    • 300 saat nəzəri təlim
    • 150 saat praktik və superviziya
    • Onlayn və əyani formatda (İzmir şəhərində superviziya mərhələsi)
  • Trainer Training (Təlimçi Hazırlığı)
  • Brussels Capital University – Continuing Education Research Center
    Təlim vermək və psixoloji maarifləndirmə proqramları hazırlamaq üçün peşəkar sertifikat
  • NLP Trainer Təhsili
  • İstanbul Gedik Universiteti
    60 saatlıq rəsmi NLP Trainer proqramı
  • Koqnitiv Davranış Terapiyası (CBT)
  • CBT yanaşması çərçivəsində düşüncə, emosiyalar və davranışlar arasındakı əlaqə üzərində işləyirəm. Bu metod xüsusilə stress, narahatlıq, özünütənqid və funksional olmayan düşüncə nümunələri ilə çalışmaqda effektivdir.

  • NLP (Neuro-Linguistic Programming)
  • NLP təlimləri vasitəsilə ünsiyyət, daxili dialoq və davranış modellərinin dəyişdirilməsi sahəsində əlavə bacarıqlar qazanmışam. Bu yanaşmanı əsas terapiya metodlarını dəstəkləyən yardımçı alət kimi istifadə edirəm.

  • Ailə Danışmanlığı
  • Ailə sistemləri yanaşması əsasında ailədaxili münasibətlər, rol bölgüsü, ünsiyyət problemləri və konfliktlərin konstruktiv həlli mövzularında təlimlər keçmişəm.

  • Gottman Terapiyası (Cütlüklərlə İş)
  • Gottman yanaşması çərçivəsində cütlüklər arasında ünsiyyətin keyfiyyəti, emosional yaxınlıq və konfliktlərin idarə olunması mövzularında biliklər əldə etmişəm və bu prinsipləri cütlüklərlə işdə istifadə edirəm.

  • EMDR Terapiyası
  • EMDR yanaşması üzrə təlim almışam və bu metodu travmatik təcrübələr, emosional yüklər və keçmiş təsirlərlə işləyərkən uyğun hallarda tətbiq edirəm.

  • Kuantum Psixologiyası
  • Şəxsin düşüncə tərzi, inanc sistemi və daxili qavrayışlarının həyat təcrübəsinə təsiri mövzularında keçirilən təlimlərdə iştirak etmişəm. Bu yanaşmanı psixoloji maarifləndirmə və fərdi fərqindəlik proseslərini dəstəkləyən çərçivədə istifadə edirəm.

  • Enneagram (Full Enneagram Təhsili)
  • Enneagramın 9 şəxsiyyət tipi, qanadlar, stress və inkişaf xətləri, instinktual mərkəzlər, müdafiə mexanizmləri və motivasiya strukturları üzrə tam və dərinləşdirilmiş təlim almışam. Bu bilikləri fərdi inkişaf, münasibətlər və özünü tanıma proseslərində praktik şəkildə tətbiq edirəm.

  • Trainer Training – Təlimçi Hazırlığı
  • Təlim vermə, psixoloji maarifləndirmə proqramları hazırlamaq, qruplarla işləmək və strukturlu tədris aparmaq üzrə rəsmi təlimçi hazırlığı proqramını tamamlamışam.

  • Ana–Baba Məktəbi (Valideyn Təlimləri)
  • Valideyn–uşaq münasibətlərində sağlam sərhədlərin qurulması, emosional bağın gücləndirilməsi və inkişaf mərhələlərinə uyğun yanaşmalar üzrə təlimlər almışam. Bu biliklər valideynlərlə aparılan seans və maarifləndirici işlərdə tətbiq olunur.