Seanslar

Yeniyetmələr və Ailələri ilə İş Mexanizmi

Yeniyetmələrlə işləyərkən xüsusilə onların kimlik axtarışı, üsyan etmə halları və valideynlərlə yaşanan ciddi problemlərə diqqət yetirirəm. Bu üsyan prosesini izləyərkən həm yeniyetmələrlə, həm də onların valideynləri ilə görüşlər keçirirəm. Çünki yeniyetmələrlə işləyərkən valideynlərin də prosesə cəlb olunması vacibdir ki, valideynlər yeniyetmələrin temperamentinə uyğun davransınlar. Bundan əlavə, yeniyetmələr ixtisas seçimi zamanı da ciddi çətinliklərlə qarşılaşırlar, çünki hələ özlərini tam tanımırlar. Seanslarımızda bu məsələni də nəzərə alırıq və valideynlərlə yeniyetmələr arasında anlaşılmazlıqları psixoloji analiz edirik. Beləcə, yeniyetmənin kimlik qazanma prosesində ona yol yoldaşı oluruq.

👉 Seans üçün müraciət edin

Yetkinlərlə İş Prosesi və Şüur Yönümlü Yanaşma

Yetkin pasiyentlərlə işləyərkən sevgi münasibətləri, bağlanma stilləri və münasibət dinamikalarının insan həyatına təsiri sistemli şəkildə analiz olunur. Seanslarda yalnız emosional yaşantılar deyil, davranışların arxasında dayanan psixoloji mexanizmlər də aydın və anlaşılan formada izah edilir. Bu yanaşma pasiyentin özünü və münasibətlərini daha şüurlu şəkildə dərk etməsinə imkan yaradır. İş prosesində şüur yönümlü yanaşma əsas metodlardan biridir. İlkin mərhələdə davranışların formalaşma mexanizmi müəyyən edilir, daha sonra isə uyğun texnikalar vasitəsilə mərhələli və davamlı dəyişikliklər həyata keçirilir. Məqsəd yalnız problemi azaltmaq deyil, şüur səviyyəsində qalıcı dönüşüm yaratmaqdır. Dəyişiklik təsadüfi deyil — düzgün yanaşma ilə mümkündür.

👉 Seans üçün müraciət edin

Ailə və Cütlüklərlə İş – Gottman Terapiyası

Ailə və cütlüklərlə işdə əsas yanaşmam Gottman Terapiyasıdır. Bu metod vasitəsilə tərəflərin konfliktləri seans daxilində müşahidə edilir, münasibət dinamikaları və qarşılıqlı davranış modelləri analiz olunur. Proses adətən ilkin mərhələdə fərdi seanslarla başlayır. Daha sonra birgə görüşlər vasitəsilə tərəflərin mövqeləri, ünsiyyət tərzi və emosional reaksiyaları üzərində sistemli şəkildə işlənilir. Ailə terapiyası həssas və mərhələli bir prosesdir. Gottman yanaşması tərəflərdə fərqindəlik yaratmağa, münasibətə fərqli baxış bucaqları qazandırmağa və əlaqəni daha sağlam və balanslı struktura yönləndirməyə xidmət edir.

👉 Seans üçün müraciət edin

Hipnoz – Şüuraltı Səviyyədə Dəyişiklik

Bəzən problemi anlamaq kifayət etmir. Çünki dəyişməyən hisslər və təkrarlanan davranışlar şüuraltı səviyyədə saxlanılır. Hipnoz seansı zamanı insan tam nəzarətini itirmir, əksinə diqqətini daxilə yönəldərək daha dərin şüur halına keçir. Bu vəziyyətdə şüuraltında yerləşən köhnə inanclar, emosional bloklar və avtomatik reaksiyalarla işləmək mümkün olur. Seanslar psixoloji çərçivə və etik sərhədlər daxilində aparılır. Məqsəd insanın öz resurslarına çıxışını artırmaq, emosional yükü azaltmaq və dəyişimi daha dərin səviyyədə dəstəkləməkdir.

👉 Seans üçün müraciət edin