Cütlüklər Arasında Güclü Ünsiyyət Qurmaq

Hər şey yaxşı gedəndə anlaşmaq asandır.
Bir münasibətin ömrünü müəyyən edən isə mübahisələri necə idarə etdiyimizdir.
Hər şey yolunda ikən axıb gedən münasibətlər, kəskin döngələrdə büdrəyir — çünki çox vaxt mübahisə etməyi yox, sadəcə susmağı və ya partlamağı öyrənmiş oluruq.
Bu təlimdə həmin döngələri daha yumşaq keçməyin yollarına baxacağıq.
Öz bağlanma stilinizi kəşf edəcək, bu nümunələrin bu gün münasibətinizə necə təsir etdiyini fərq edəcəksiniz.
Və ən önəmlisi:
Kriz anında həm özünüz, həm də münasibətiniz üçün nə edə biləcəyinizi konkret və tətbiq oluna bilən addımlarla öyrənəcəksiniz. Bütün bunları nümunə dialoqlar, real həyat ssenariləri və kiçik praktiklərlə möhkəmləndirəcəyik.
---

Təlimin Məzmunu
Bağlanma stilinizi kəşf edin
Kriz anında sakitləşmə yolları
Real həyatdan səhnələr və onların analizi
Sakitləşdikdən sonra özünü ən doğru şəkildə ifadə etmək
Söhbət yolundan çıxanda yenidən uyğunlaşmaq
---

Təlimin detalları
Təlim 2 saat davam edəcək və sual–cavab, həmçinin praktik məşğələlərlə keçiriləcək.
Qeydiyyatdan keçdikdən sonra təlimə qoşulacağınız Zoom linki sizə e-poçt vasitəsilə göndəriləcək.
---

Təlim Məzmunu – Ətraflı

Bağlanma stilinizi kəşf edin Münasibətdə çətinlik yaşadığınız anların arxasında duran bağlanma nümunələrini fərq edəcəksiniz. Narahat (anksioz) bağlanma, qaçınan bağlanma, təhlükəsiz bağlanma… Bəs siz hansısınız?

Kriz anında sakitləşmənin yolları
Tetikləndiyiniz anda sinir sisteminizi necə sakitləşdirəcəyinizi öyrənəcək; qısa məşqlərlə fasilə verib yenidən tarazlığa qayıtmağı təcrübədən keçirəcəksiniz. Real həyatdan səhnələr və onların analizi Real həyatda ən çox yaşanan mübahisə mövzularının analizini aparacağıq. Doğru və yanlış yanaşmaları müqayisəli şəkildə görəcəksiniz. Sakitləşdikdən sonra özünü ən doğru şəkildə ifadə etmək Regulyasiya olunduqdan sonra günahlandırmadan danışmağı, duyğunu sahiblənərək özünü ifadə etməyi və qarşı tərəfi həqiqətən eşitməyin praktik yollarını kəşf edəcəksiniz. Söhbət yolundan çıxanda yenidən uyğunlaşmaq Düzgün mübahisə etməyi öyrənsəniz belə, yenidən mübahisənin içində dağıla bilərsiniz. Belə çətin ssenariləri nümunələr üzərindən işləyərək yenidən uyğunlaşmağı öyrənəcəksiniz.

Təlimə Qoşul